"Gələn il Avro Dollar qarşısında 4%-dən çox dəyər qazanacaq" | Banco.az

"Gələn il Avro Dollar qarşısında 4%-dən çox dəyər qazanacaq"

Qlobal biznes və maliyyə xəbərləri şirkəti "Bloomberg" sorğu keçirib.

Sorğuda iştirak etmiş analitiklərin orta proqnozu Avronun gələn il ABŞ dolları qarşısında 4%-dən çox dəyər qazanacağı istiqamətindədir. 

Analitiklərə görə, gələn il qlobal iqtisadi vəziyyətin yaxşılaşması və siyasi təzyiqin azalması Avronun bahalaşamsına səbəb olacaq. 

ABŞ ilə Çin arasındakı ticarət əlaqələrində irəliləyişin olması "risk iştahı"nı azaldır və bu vəziyyət Dolların ucuzlaşmasına səbəb olur. Ticarət optimizmi qlobal iqtisadi inkişafın lehinə artır.

Ən sərfəli kredit üçün müraciət et

Bu gün də Dollar bütün G - 10 valyutaları qarşısında geriləyib. Bloomberg Dollar İndeksi 0.5% də düşərək 1190.68-ə düşüb. İndeksin dekabrdakı 1.3% düşməsilə bu ilin qazancları silinib. 

 Gələn il iri iqtisadiyyatlarda yaxşılaşmanın başlaması ilə Dolların ehtimalla zəifləməkdə davam edəcəyi gözlənilir. 

Group of Ten (G-10 və ya G10) - 10 sənayeləşmiş ölkələr.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et