Müəllif: Tamara Mustafayeva, Banco.az
Gələn həftə ABŞ, Rusiya və Ukrayna rəsmiləri Səudiyyə Ərəbistanında görüş keçirəcək.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ, Rusiya və Ukrayna rəsmilərinin gələn həftə Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasına dair prosesi müzakirə etmək üçün bir araya gələcəyini açıqlayıb.
Tramp Hindistanın Baş naziri Narendra Modi ilə Oval Ofisdə verdiyi açıqlamada Rusiya-Ukrayna gündəmi ilə bağlı fikirlərini bölüşüb.
O, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması prosesinə dair ABŞ, Rusiya və Ukrayna rəsmilərinin gələn həftə Səudiyyə Ərəbistanında görüş keçirəcəyini bildirib.
Görüşün təfərrüatları barədə açıqlama verməyən Tramp müharibənin tez bir zamanda bitməsinin vacibliyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!