"Gələn aydan etibarən "ASAN VISA" xidmətinin tətbiqinə başlamaq olar".
Bunu açıqlasında ASAN İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası deyib.
Onun sözlərinə görə, xidmətin tətbiqinə başlanılmasından sonra viza müraciətlərinə üç gün ərzində baxılacaq: "Hazırda "ASAN VISA" ilə bağlı işlər davam etdirilir və əgər alınsa bu ayın sonu, maksimum növbəti ay ASAN VISA" xidmətinin göstərilməsinə başlanılacaq. Müraciətlərə üç gün ərzində baxılacaq. Yeri gəlmişkən, gələn ildən “ASAN VISA” portalı fəaliyyətə başlayacaq".
O, həmçinin "ASAN qatar" layihəsinin reallaşdırılması haqqında da danışıb: "Bu layihə ilə də bağlı işlər davam etdirilir. Düşünürəm ki, "Asan qatar" layihəsi dünyada analoqu olmayan layihədir. Layihənin icrası zamanı ölkədaxili istiqamətlər üzrə hərəkət edən sərnişin qatarlarının bir neçə gün dayandığı stansiyalarda sərnişinlərə bütün dövlət xidmətləri göstəriləcək".
Mənbə: Report.az