"Gələcəyin şəhəri"nin inşası başlandı | Banco.az

"Gələcəyin şəhəri"nin inşası başlandı

Tamara Mustafayeva, Banco.az

Yaponiyanın avtomobil nəhəngi Toyota şirkəti ilk dəfə 2020-ci ilin yanvar ayında elan etdiyi "Gələcəyin şəhəri" adı verilən "Woven City" layihəsinin icrası üçün tikinti işlərini başladıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Toyota CES 2020-də (İstehlakçı Elektronikası Sərgisi) "Gələcəyin şəhəri" adlı ağıllı şəhər prototipi inşa etməyi planlaşdırdığını elan etmişdi. Bu yaxınlarda isə sözügedən şəhərin ilkin tikinti işləri başlanılıb.

175 kvadrat kilometrlik ərazidə inşa ediləcək şəhər Fuci Dağının ətəklərində yerləşəcək. Burada sıfır emissiyalı hidrogen yanacağına əsaslanan ekosistem yaradılacaq.

Texnologiya və insan vəhdətində şəhər

Şəhəri yaşayan laboratoriya və müntəzəm olaraq təkmilləşdiriləcək bir layihə kimi dizayn edən Toyota burada avtonom texnologiyalar, robot, ağıllı evlər və süni intellekt kimi texnologiyaların inkişaf etdirilməsini və müvafiq sınaqların həyata keçirilməsini də təmin edəcək.

Həmçinin bu şəhərdə bir çox yeni iş imkanın olacağı və dünyanın hər yerindən tədqiqatçıların cəlb ediləcəyi də planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

"Woven City"də üç növ küçə inşa ediləcək. Bu küçələr müvafiq olaraq avtonom nəqliyyat vasitələri, piyadalar və şəxsi avtomobili ilə hərəkət edən sürücülər üçün nəzərdə tutulur. Bununla yanaşı, yük daşınması üçün istifadə ediləcək əlavə yeraltı yol da inşa ediləcək.

Yüksək texnologiyalı bu şəhərdə yaşayış ilkin mərhələdə 360 nəfərlə başlayacaq.

Daha sonra isə tədqiqatçılar və Toyota şirkətinin əməkdaşlarının da iştirakı ilə 2 mindən çox insana ev sahibliyi edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram