Gələcəkdə Manat ucuzlaşsa belə kirayə haqları dəyişdirilməyəcək | Banco.az

Gələcəkdə Manat ucuzlaşsa belə kirayə haqları dəyişdirilməyəcək

Satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzil alan kirayəçilərin aylıq ödənişləri sonradan iqtisadi şərtlər, o cümlədən Manat devalvasiya edilsə belə dəyişdirilməyəcək, kirayəçi müqavilədə göstərilən aylıq ödəniş məbləğini ödəməkdə davam edəcəkdir.

İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib ki, müqavilə dövründə kirayə ödənişinin sonradan artırılması nəzərdə tutulmayıb: “Bununla bağlı indeksləşdirmə aparılmayacaq, gələcəkdə iqtisadi şəraitin dəyişməsi və digər şərtlərdən asılı olaraq kirayə haqları dəyişməyəcək, sabit qalacaqdır”.

Ən sərfəli kredit üçün müraciət et

marja

Ən sərfəli krediti almaq üçün müraciət et