Müəllif - Aida İsaq, Banco.az
Günümüzdə texnologiya həyatımızın ayrılmaz parçasına çevrilib. Xüsusilə gündəlik məişət qayğılarının əksər hissəsini texnoloji məhsullarla qarşılamaq üstünlüyü həyat şərtlərimizi xeyli asanlaşdırıb. Artıq zamanımıza qənaət edərək sevdiklərimizlə, digər işlərimizlə və s. daha çox zaman keçirə bilirik. Bəs texnologiya gələcək həyatımıza hansı formada inteqrasiya edəcək?
Banco.az xəbər verir ki, Böyük Britaniyadan 29 və Yaponiyadan 36 süni intellekt mütəxəssisinin iştirakı ilə araşdırma aparılıb. Mütəxəssislərdən gələcək 10 ildə ev işlərində robotlaşdırılmanın necə inkişaf etməsi ilə bağlı fikir bildirmələri istənilib.
Britaniyalı kişi mütəxəssislər qadın mütəxəssislərə nisbətən ev işlərində avtomatlaşdırmanı yüksək qiymətləndirib. Ancaq Yaponiyada bunun əksi müşahidə olunub. Bəzi ekspertlər isə ev işlərində robot əməyinin üstünlük təşkil etməsinin bu işlərə ayrılan vaxtı azaltmaqla yanaşı həmçinin gender bərabərliyini təmin edəcəyini vurğulayıb. Mütəxəssislərin fikrincə, gələcəkdə uşaqlara tədris və qayğı da daxil olmaqla valideynlik vəzifələrinin 28%-i avtomatlaşdırılacaq. Ümumilikdə məişət qayğılarına sərf olunan vaxtın isə 39%-nin texnologiyaya etibar olunacağı proqnozlaşdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!