Gələcək milyonçuların peşəsi | Banco.az

Gələcək milyonçuların peşəsi

Müasir insanın həyatı çox hərəkətli və dəyişkəndir. Hər bir insan ömrünün müəyyən bir anında, öz şəxsi karyerasını qurmaq və ya seçdiyi peşənin nə dərəcədə aktual olması kimi, suallar ilə qarşılaşır. Hər zaman “ən çox tələb olunan peşələr” adlı rubrika yarandıqdan müəyyən vaxt sonra köhnəlir, hətta lazımsızlaşa bilir. Məhz bu səbəbdən sosioloqlar insanlara, bütün ömrü boyu yenilikləri öyrənməyi, şablon tədris proqramından da, əlavə biliklərə və bacarıqlara yiyələnməyi məsləhət görürlər. Sosioloqların fikrinə görə, müasir insan hətta 40 yaşında belə yeni sahəyə yiyələnərək, tələbatın yüksək olduğu bir peşəyə sahib olar.

Rəqəmsal erada yaşadığımızı nəzərə alıb, artıq əmək bazarının genişlənməsi ilə yeni peşələrin yaranması normal bir haldır. Bəzi sosioloqlar, robotların yaxın gələcəkdə əmək bazarını hətta zəbt edəcəkləri kimi fərziyyələri də, irəli sürür. Bütün bunlara baxmayaraq, bəşər övladı biliklərini təkmilləşdirirək yeni və daha perspektivli 

IT-genetik

Elm heç bir zaman dəbdən düşməyən bir sahə olaraq, daim marağa səbəb ola bilir. Texnologiya aləminin inkişafını ilə elmin daha da, inkişafı üçün yaxşı zəmin yaradılıb.

IT genetika -insanların hətta irsi xəstəliklərinin səbəbini araşdıraraq, onların müalicəsinin effektiv yollarını texnologiyalar üzərindən daha dəqiq yerinə yetirməyə, imkan verəcək.

Biomühəndislik və bioinformatika, gələcəyin peşəsi kimi seçilən IT genetikanın əsası belə hesab edilə bilər.

 

Həmçinin oxu: Ən stressiz peşələr məlum olub – Siyahı

Kiberidmançılar

Kompyuter oyunlar anlayışı, müəyyən müddət əvvəl daha gənc nəslin və ofis-işçilərin marağına səbəb olmuşdur... Lakin bu gün, bu sahəyə marağın artması, yeni mütəxəssislər və yeni biliklərə ehtiyacın olduğunu göstərir. Dünya üzrə çempionatlar və yarışlar düzənlənir,yeni kiberoyunçuların mütəxəssis olaraq, seçilməsinə vəsait belə ayrılır.

Ən sərfəli kredit üçün müraciət et

 

Həmçinin oxu: Gələcəyin peşələri HANSILARDIR?

 

Event-menecer

Bəzi mütəxəssislər; elm, təhsil kimi sahələr ilə yanaşı məhz event-menecment sahəsinin də, gələcəkdə aktuallığından söz açıb. Rəqəmsal eranın inkişafına baxmayaraq, insanlar daim canlı ünsiyyətə ehtiyac duyur. Məhz bu sahədə süni intellektin (robot) deyil, məhz bəşər övladının iştirakı mütləq sayılır.

 

Teoriya memarı

Turistlər üçün region reallığını nəzərə alaraq “informasiya landşaftı” –nı düzənləyən insanteoriya memarıdır. O turizm sənayəsində baş verən ən son yeniliklərə və müştəri tələbatına uyğun işə yaraya biləcək məlumatlar toplusu yaradır. Brend-menecer kreativ-direktor kimi fəaliyyət göstərdiyi halda, teoriya memarı –dizayner olaraq məsələnin həlli üçün nəzərdə tutulan dəqiq incəliklərin araşdırılması ilə məşğul olur.

 

Ekoloq 

Yer kürəsinin əhalisinin artması, istehsal şirkətlərinin artmasına bərabərdir. Nəhəng şəhərlər, insan sıxlığı, şirkətlərin sayının artması, bütün bu faktorlar ətraf-mühitin sürətlə çirklənməsinə gətirib, çıxarır. Zəhərli hava, su qıtlığı və sairə problemlər ilə mübarizə üçün təcrübəli ekoloqlara ehtiyac duyulur. Məhz bu səbəbdən, peşəsinə bələd olan ekoloqlar gələcəkdə 10 ildə ən tələb olunan peşə sahiblərinə çevrilməkdədirlər. Çünki bir çox dövlətlərdə, ətraf-mühitin qorunub və təmizlənməsi əsas məsələ olacağı üçün məhz bu sahə mütəxəssislərinə ehtiyac duyulacağ.

Ən sərfəli krediti almaq üçün müraciət et