Aparılan hesablmalara görə, Azərbaycanda gələcək 3 ildə bütün ödəmələrin nağdsız yolla həyata keçirilməsi ilə nağd pul vəsaitlərinin istifadəsində yaranan xərclərin qarşısını alınacaq, bu da ÜDM-də 3% təşkil edəcək. Bunu jurnalistlərə açıqlamasında "Mastercard" şirkətinin Türkiyə və Azərbaycan üzrə meneceri Yasemin Bedir deyib.
Y.Bedirin sözlərinə görə, Azərbaycan bazarı "Mastercard" üçün çox əhəmiyyətlidir: "Azərbaycan hökuməti ilə ölkədə kart ödənişlərinin artırılması və "nağdsız iqtisadiyyat"ın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparırıq".
Mənbə: Report.az