“Geely” gəlirini təxminən 1,5 dəfə artırıb | Banco.az

“Geely” gəlirini təxminən 1,5 dəfə artırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin ən böyük avtomobil istehsalçılarından biri olan “Geely” bu ilin birinci yarısında elektrik avtomobillərinin satışlarının artması səbəbindən xalis mənfəət və gəlirdə kəskin artım qeydə alıb.

Banco.az xəbər verir ki, yanvar-iyun aylarında şirkətin gəliri 46,6% artaraq 107,3 ​​milyard yuana (15 milyard dollar) çatıb, xalis mənfəət isə 6,7 dəfə artaraq 10,6 milyard yuan təşkil edib.

Şirkət avtomobil satışlarını 41% artıraraq 956 minə çatdırıb. O cümlədən elektromobillərin və yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışı 2 dəfədən çox (117%) artaraq 320 minə çatıb. İxrac satışları illik müqayisədə 67% artaraq 197,4 min təşkil edib.

Şirkət rəhbərliyi cari il üçün avtomobil satış hədəfini 2 milyon avtomobilə çatdırıb və ixrac satışlarının 45% artacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin əvvəlindən “Geely”nin kapitallaşması 8,3% azalıb, Hang Seng İndeksi isə eyni dövrdə 2% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et