Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin ilk 10 ayı ərzində respublika üzrə kredit qoyuluşlarının həcmi 17 mlrd manata bərabər olmuşdur. Vaxtı keçmiş kreditlər isə ümumi kredit qoyuluşlarının 5.3%-i təşkil edir.
Kredit qoyuluşlarının 83%-i (14.9 mlrd manat) Bakının payına düşür.
Vaxtı keçmiş kreditlərin xüsusi çəkisinə görə isə Lənkəran iqtisadi iqtisadi rayonu liderlik edir. Belə ki, cənub bölgəsinin payına düşən 309 mln manatlıq kreditin 5.6%-i vaxtı keçmiş kreditlər təşkil edir.
Vaxtı keçmiş kreditlərin ən aşağı göstəricisi isə Dağlıq Qarabağ bölgəsində müşahidə olunur. Belə ki, 106 mln manatın yalnız 3.2%-i vaxtı keçmiş kreditlər təşkil edir.
Bununla yanaşı, kreditlər üzrə ən aşağı ortalama faiz dərəcələri Abşeron–12.9% (Bakı–14.2%) və Naxçıvan–13.2% iqtisadi rayonunda qeydə alınmışdır.
Regionlar üzrə kredit qoyuluşu və vaxtı keçmiş kreditlərin faizlə ifadəsi