Gecikdirilən kredit ödənişləri üzrə statistika real vəziyyəti əks etdirmir | Banco.az

Gecikdirilən kredit ödənişləri üzrə statistika real vəziyyəti əks etdirmir

"Hal-hazırda depozitlərin yeddidə bir hissəsini ödəmə vaxtı keçmiş kreditlər təşkil edir. Belə ki, depozitlərin həcmi 6,6 milyard manata çatdığı təqdirdə, problemli kreditlərin həcmi təqribən 900 milyon manat təşkil edir". Bu fikirləri "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı açıqlamasında səsləndirib. Bununla yanaşı, onun fikrincə, problemli kreditlər üzrə statistika əslində real və mövcud vəziyyəti əks etdirmir. "Reallıqda ödəmə vaxtı keçmiş kreditlərin həcmi olduqca yüksəkdir".

Məlumdur ki, Mərkəzi Bank tərəfindən verilən məlumatlar hal-hazırda 11 bankın zərərlə işlədiyi faktını aşkar etmişdir. "Belə bir çətin vəziyyətdə banklar mənfi nəticələrdən sığortalanmaq əvəzinə, kreditlər üzrə faiz dərəcələrini artırmağa üstünlük verirlər. Hal-hazırda bankların kreditlər üzrə müəyyən etdiyi faiz dərəcələri əhalidən cəlb olunan əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcələrindən 3 dəfə yüksəkdir. Bununla yanaşı, bankların özlərini fors-major hallardan sığortalamaq cəhdi kreditlərin faiz dərəcələrinin artırılmasının səbəblərindən biri kimi göstərilir. Əks təqdirdə, ödəmə vaxtı keçmiş kreditlər bankları "qırmızı xətt"ə yaxınlaşdıra bilər”, deyə ekspert bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin dinamikası həqiqətən də nikbin göstəricilər nümayiş etdirmir. Lakin 2013-cü ilin dekabr ayı üzrə ümumi kredit protfelindəki vaxtı keçmiş kreditlərin həcmini 2013-cü ilin yanvar ayında qeydə alınan anoloji göstəricilər ilə müqayisə etsək, o zaman vəziyyətin nisbətən yaxşılığa doğru dəyişdiyini görə bilərik.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et