GECF: "2050-ci ilə qədər enerji balansında qazın payı 27%-ə qədər artacaq" | Banco.az

GECF: "2050-ci ilə qədər enerji balansında qazın payı 27%-ə qədər artacaq"

Qaz İxrac Edən Ölkələr Forumu (GECF) 2030-cu ilə qədər dünyada qaza tələbatın illik 1,6-1,7% səviyyəsində artacağını gözləyir.

Bu barədə jurnalistlərə GECF Baş katibi Yuri Sentyurin məlumat verib.

Mütləq rəqəmlərdə qaz bazarının dövriyyəsi 2018-ci ildəki 3,2 trilyon kubmetrdən 2030-cu ildə 6 trilyon kubmetrə qədər artacaq.

Ən sərfəli kredit üçün müraciət et

Dünya enerji balansında qazın payının 2050-ci ilə qədər indiki 23%-dən 27%-ə qədər artacağı gözlənilir. Eyni zamanda, artıq 20-ci illərin ortalarında qaz istehlak balansında kömürü üstələyəcək, 2050-ci ilə qədər isə enerji resurslarının istehlakı baxımından birinci sıraya çıxacaq.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et