Gecə neftin bahalaşmasının SƏBƏBLƏRİ məlum oldu | Banco.az

Gecə neftin bahalaşmasının SƏBƏBLƏRİ məlum oldu

Neft qiymətləri, Fed sədri Cerom Pauellin vəzifədən azad olunacağına dair narahatlıqların azalması və ABŞ-Çin ticarət danışıqlarında yaxşılaşma əlamətləri ilə yüksəlib. Gecə Brent neftinin qiyməti 8,7% qalxaraq 55 dolları keçib. Sonradan qiymət 54,32 dollara düşüb. 

ABŞ hökumətindən bir heyət gələn ilin ilk həftəsi Çinli rəsmilərlə ticarət məsələsində danışıqlar aparmaq üzrə Pekinə gedəcək. Gözlənilən görüş, dünyanın ən böyük iki iqtisadiyyatının ticarət gərginliyi məsələsində irəliləyiş təmin etməkdə olduğuna dair gözləntiləri gücləndirib.  

Ən sərfəli kredit üçün müraciət et

Neft qiymətlərinin yüksəlməsi müvəqqəti ola bilər. İnvestorlar, OPEC və tərəfdaşlarının azaltdığı hasilatın    ABŞ-da artan şist nefti hasilatını bağlamayacağından narahatdırlar. ABŞ-da artan hasilat OPEC və tərəfdaşlarının hasilatı azaltmalarını puç edə bilər. Digər tərəfdən, dünyanın ən böyük iki iqtisadiyyatı ABŞ və Çin arasında davam edən ticarət müharibəsinin neftə tələbi zəiflədəcəyi narahatlıqları da var.

Brent neftinin qiyməti Oktyabr ayında gördüyü dörd ilin ən yüksək səviyyəsindən (86 dollar) təxminən 40 faiz düşüb.

Marja