Müəllif: Tamara Mustafayeva, Banco.az
G7 ölkələrinin nümayəndələri Ukraynanın iqtisadiyyatı və maliyyə ehtiyaclarını müzakirə etmək üçün toplaşıblar.
Banco.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Beynəlxalq İqtisadiyyat üzrə Milli Təhlükəsizlik Müşaviri Mayk Payl G7 ölkələri tərəfindən təsis edilən və Ukrayna hökumətinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrinin də iştirak etdiyi Ukrayna İnzibati Komitəsinin Ukrayna üzrə Sülh Koordinasiya Platformasının açılış iclasına qoşulub.
Bəyanatda həmçinin bildirilib ki, nümayəndələr Ukraynanın təcili maliyyə ehtiyaclarını, eləcə də ölkənin gələcək iqtisadi bərpası və yenidənqurma səylərinin əlaqələndirilməsini müzakirə ediblər.
Qeyd edək ki, nümayəndələr Ukrayna iqtisadiyyatını sabitləşdirmək və davamlı bərpanı təmin etmək üçün lazımi dəstəyin veriləcəyini də vurğulayıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!