G7 ölkələri Rusiya neftinin qiyməti ilə bağlı razılığa gəlməyə yaxındır | Banco.az

G7 ölkələri Rusiya neftinin qiyməti ilə bağlı razılığa gəlməyə yaxındır

Müəllif - Aida İsaq, Banco.az

G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) Rusiya nefti üçün 60 dollardan yuxarı qiymət həddinin tətbiqini dəstəkləyir.

Banco.az xəbər verir ki, ölkələrin bu barədə ilkin razılığa gəldiyi bildirilir. Beləliklə danışıqların yaxın günlərdə yekunlaşacağı, son qərarın isə dekabrın 5-dən gec olmayaraq açıqlanacağı gözlənilir. Lakin bu müzakirələrdə əks mövqedən çıxış edən Polşanın 30 dollar qiymət təklifinə qarşı isə hansı addımların atılacağı bəlli deyil. Əgər ölkə sazişlə razılaşarsa, məhdudlaşdırılma sənədi dekabrın 2-dək bütün Aİ hökumətləri tərəfindən yazılı şəkildə təsdiqlənəcək.

Xatırladaq ki, daha öncə Rusiya neftinin qiyməti ilə bağlı məsələyə 2023-cü ilin yanvar ayından başlayaraq hər iki aydan bir yenidən baxılacağı qeyd olunurdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et