G7 ölkələri Rusiya almazlarının idxalını qadağan edib | Banco.az

G7 ölkələri Rusiya almazlarının idxalını qadağan edib

Müəllif:Mehin Qasımova/Banco.az

G7 ölkələri Rusiya almazlarının idxalını qadağan edib.

Banco.az xəbər verir ki, bu barədə  Reuters məlumat yayıb. 

Qrupun Tokioda keçirilən iclasından sonra verilən bəyanatda qeyd edilib ki, 2024-cü il yanvarın 1-dən Rusiyadan brilyant idxalı, təxminən martın 1-dən isə üçüncü ölkələrdən Rusiya daşlarının idxalı qadağan olunacaq. Lakin bu qərar sənaye almazları üçün istisna edilib.

Həmçinin 2024-cü il sentyabrın 1-dək kobud almazlar üçün “möhkəm yoxlama və sertifikatlaşdırma mexanizmi” yaratmağa qərar verilib.

Ekspertlər hesab edir ki, belə qərarın  məqsədi ölkənin Avropaya və tərəfdaş ölkələrə daş tədarükündən əldə etdiyi gəliri azaltmaqdır.

Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseev rus kobud almazlarının tədarükünün qadağan edilməsini “kartel mexanizminin” yaradılması adlandırıb. Onun sözlərinə görə, bu hərəkətlər ona gətirib çıxaracaq ki, rus almazlarını əvəz etmək mümkün olmayacaq. O əlavə edib ki, təklifin süni məhdudlaşdırılması qısamüddətli tələbin tələsikliyi ilə yanaşı təklifin kəskin azalması ilə müşayiət olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram