Müəllif - Aida İsaq, Banco.az
G7 ölkələri və digər dövlətlərin birlikdə Beynəlxalq Valyuta Fondundan (BVF) əldə etdikləri maliyyə yardımları Afrika ölkələrindən səkkiz dəfə çox olub.
Banco.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib. Onun sözlərinə görə, BVF-dən G7 ölkələri üçün ümumilikdə 280 milyard dollar, Afrika ölkələri üçün isə cəmi 34 milyard dollar məbləğində vəsait ayrılıb. Halbuki G7 ölkələri 772 milyon əhaliyə, Afrika qitəsi isə 1,3 milyard sakinə ev sahibliyi edir.
Qeyd edək ki, bundan öncə BMT-nin Baş katibi Antonio Quterreş iqlim böhranı və qlobal istiləşmə ilə mübarizə fonunda inkişaf etmiş iqtisadiyyatları 2030-cu ilə qədər kömürdən tamamilə imtina etməyə çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!