G7 Liderlər Sammitində hansı mühüm məsələlər müzakirə olunacaq? | Banco.az

G7 Liderlər Sammitində hansı mühüm məsələlər müzakirə olunacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

G7 Liderlər Sammitinin gündəliyində hansı mövzulara yer verildiyi bəlli olub.

Banco.az xəbər verir ki, dünyanın ən böyük 7 iqtisadiyyatına sahib ölkənin bir araya toplaşdığı G7 Liderlər Zirvə Görüşünün (Sammit) gündəmində Çindən asılılıq, Rusiya-Ukrayna müharibəsi, Moskvaya qarşı sanksiyalar, enerji qiymətləri və yüksək inflyasiya yer alacaq.

Qlobal siyasi və iqtisadi problemlərin həlli üçün mühüm beynəlxalq platformalardan biri hesab edilən G7 Liderlər Sammiti 19-21 may tarixlərində Yaponiyanın cənub-qərbində, Xirosimada fəaliyyət göstərən Grand Prince Hirosima otelində keçiriləcək.

Xatırladaq ki, bu ilin yanvar ayının 1-də G7-yə sədrlik mövqeyini Almaniyadan təhvil alan Yaponiyanın Baş naziri Kişida Fumio Sammitdən əvvəl  Fransa, İtaliya, İngiltərə, Kanada və ABŞ-a səfər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiyanın rəhbərliyi ilə keçiriləcək sammitdə qaydalara əsaslanan beynəlxalq nizam, nüvə tərksilahı, enerji və iqtisadi təhlükəsizlik, Hind-Sakit okean, Rusiya-Ukrayna böhranı, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi kimi mövzular müzakirə olunacaq və yeni öhdəliklər qəbul ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et