G7 Liderlər Sammiti Yaponiyada start götürüb | Banco.az

G7 Liderlər Sammiti Yaponiyada start götürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

G7 Liderlər Sammiti Yaponiyanın sədrliyi ilə öz işinə başlayıb.

Banco.az xəbər verir ki, Yaponiyada əsas gündəm mövzusunu ölkənin cənub-qərb hissəsində, Xirosimada keçirilən 3 günlük G7 Liderlər Sammiti təşkil edir.

Yaponiyanın Baş naziri Kişida Fumionun ev sahibliyi etdiyi sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.

Mayın 21-dək davam edəcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.

Qeyd edək ki, qlobal siyasi və iqtisadi problemlərin həllində mühüm beynəlxalq platformalardan biri hesab edilən G7 Liderlər Sammiti “Grand Prince Hirosima” otelində keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et