G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır | Banco.az

G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

"Böyük Yeddilik" (G7) 2024-cü ilin sonuna qədər Ukraynaya kredit kimi 50 milyard dollar ayırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Cennet Yellen Ukraynanın maliyyə naziri Sergey Marçenko ilə görüşü zamanı bildirib.

Yellen qeyd edib ki, ABŞ-nin təmin edəcəyi hissə 20 milyard dollar təşkil edəcək və kredit dondurulmuş Rusiya aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, bu variant Rusiyanın ABŞ və ya Avropadakı vergi ödəyicilərinin deyil, öz müharibəsi üçün pul ödəməyə məcbur olmasını təmin edəcək.

Xatırladaq ki, Avropa İttifaqı Şurası kreditin bir hissəsi kimi Ukraynaya 35 milyard avroya qədər vəsaitin köçürülməsi barədə qərarı təsdiqləyib.