G20 ölkələrinin ixracı artıb | Banco.az

G20 ölkələrinin ixracı artıb

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ilin birinci rübündə G20 ölkələrinin ixracı 2,2 faiz artıb, idxal isə 1,2 faiz azalıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında bildirilir. Reginda ixrac 4 trilyon 687,5 milyard dollar, idxal isə 4 trilyon 727,5 milyard dollar təşkil edib. Əvvəlki dövrdə ixrac 4 trilyon 587,8 ​​milyard dollar, idxal isə 4 trilyon 784,1 milyard dollar olub. Beləliklə, xarici ticarətdə 40 milyard dollar kəsir yaranıb.

Qeyd edək ki, ixracın artmasının qismən Çində iqtisadi aktivliyin canlanması ilə bağlı olduğu bildirilir. Xidmət sektorunda ixrac 2,4 faiz, idxal isə 4,9 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram