G20 ölkələrində iqtisadi artım ikinci rübdə sabit qalıb | Banco.az

G20 ölkələrində iqtisadi artım ikinci rübdə sabit qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

G20 ölkələrində iqtisadi artım ilin ikinci rübündə rüblük əsasda 0,7 faiz səviyyəsində qalıb.

Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ilin ikinci rübü üzrə G20 ölkələrini əhatə edən mövsümi təsirlərə uyğunlaşdırılmış aparıcı artım rəqəmlərini açıqlayıb.

Buna görə, G20 ölkələrində sözügedən dövrdə iqtisadi artım rüblük müqayisədə 0,7 faiz ilə stabil qalıb.

Bu rübdə G20 ölkələrində artıma ən yüksək töhfəni Çin, Hindistan və ABŞ iqtisadiyyatları verib. Belə ki, həmin dövrdə Çin və Hindistanda iqtisadi artım müvafiq olaraq 0,7 faiz və 1,3 faiz, ABŞ-da isə 0,7 faiz səviyyəsində olub.

İlin birinci rübündə 0,6 faiz kiçilən Yaponiya iqtisadiyyatı ikinci rübdə 0,7 faiz artıb.

Braziliya və Səudiyyə Ərəbistanı isə 1,4 faiz ilə ən yüksək artım tempinə malik iki ölkə olub.

Ən sərfəli kredit üçün müraciət et

Digər G20 iqtisadiyyatları qrup ortalamasından daha zəif performans göstərərkən, bu dövrdə Cənubi Koreya və Almaniyanın iqtisadiyyatları müvafiq olaraq 0,2 faiz və 0,1 faiz daralıb.

G20 ölkələrində iqtisadi artım ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz təşkil edib. Bu dövrdə ən yüksək artım 6,8 faiz ilə Hindistanda müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram