G20 Liderlər Sammitində hansı mövzular müzakirə olunacaq? | Banco.az

G20 Liderlər Sammitində hansı mövzular müzakirə olunacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hər il müxtəlif ölkələrdə təşkil olunan və bu il Hindistanda 18-cisi keçiriləcək G20 Liderlər Sammiti sabahdan etibarən öz işinə başlayır.

Banco.az xəbər verir ki, bu il Hindistanda "Bir Yer, Bir Ailə, Bir Gələcək" əsas mövzusu ilə keçiriləcək G20 Liderlər Sammiti sabah Hindistanın baş naziri Narendra Modinin dünya liderlərini qarşılama mərasimi ilə açılış edəcək.

Qlobal iqtisadi istehsalın 85 faizini və dünya ticarətinin 75 faizini təşkil edən, eyni zamanda dünya əhalisinin üçdə ikisini əhatə edən G20 ölkələrinin liderləri builki üç sessiyadan ibarət iclasda hərtərəfli qlobal iqtisadi islahatları müzakirə edəcəklər.

Bu il ilk dəfə "dövri sədrlik" həyəcanını yaşayan Hindistanın sammit ərzində yaşıl inkişaf, sürətləndirilmiş/inklüziv və davamlı inkişaf, davamlı inkişaf məqsədlərində sürətləndirilmiş tərəqqi, texnoloji transformasiya və rəqəmsal ictimai infrastruktur, 21-ci əsr üçün çoxtərəfli institutlar və qadınların rəhbərlik etdiyi inkişaf kimi məsələləri ön plana çıxarması gözlənilir.

Avropa İttifaqı (Aİ) və Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın daxil olduğu G20-nin zirvə görüşünə bu il dünyanın ən yaxşı 20 iqtisadiyyatı sırasında olmasına baxmayaraq G20-yə daxil olmayan İspaniya da qonaq qismində dəvət olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sammitdə Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin iştirak etməyəcək, Çini baş nazir Li Çanq, Rusiyanı isə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et