Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya kansleri Olaf Şolz bildirib ki, G-7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar barədə razılıq əldə ediblər.
Banco.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin birinci ili geridə qalarkən, Qərb ölkələri bir-birinin ardınca Rusiyaya qarşı yeni sanksiyalar elan etməkdə davam edir.
Almaniya kansleri Olaf Şolz G7 ölkələrinin liderləri ilə onlayn görüşündən sonra paytaxt Berlində mətbuat konfransı keçirib.
Almaniyanın Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı beynəlxalq ittifaqı gücləndirmək üçün çalışdığını bildirən Şolz müharibənin ildönümündə ölkəsinin Ukraynaya "güclü" dəstəyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!