Futbol tarixinin ən bahalı transferləri | Banco.az

Futbol tarixinin ən bahalı transferləri

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, futbol dünyası qısa müddət əvvəl Messinin Paris Sen-Jermen ("PSJ") klubuna keçməsi və Ronaldonun Mançesterə geri qayıtması ilə maraqlı günlər yaşayır. Belə ki, futbolçulara vəd edilən transfer qonorarları futbol iqtisadiyyatını yenidən diqqət mərkəzinə gətirib. Bəs bu vaxtadək hansı futbolçular üçün rekord məbləğlər ödənilib? Gəlin birlikdə futbol tarixinin ən bahalı transferləri üzrə "TOP-10"luq ilə tanış olaq.

Neymar – 222 milyon avro

2017-ci ildə 29 yaşlı Neymar İspaniyanın Barselona klubundan Fransanın Paris Sen-Jermen klubuna transfer üçün 222 milyon avroluq rekord məbləğdə müqaviləyə imza atıb.

Kilian Mbappe – 145 milyon avro

2018-ci ildə hələ 19 yaşı olan Mbappe Fransanın Monako futbol klubundan digər fransız komandası "PSJ"ə 145 milyon avro müqabilində keçib.

Filipe Koutinyo – 135 milyon avro

Football Transfers: Coutinho remains the biggest deal- Here's how every  league did in January window

Siyahının üçüncü pilləsində qərarlaşan braziliyalı futbolçu Koutinyo 2018-ci ildə İngiltərənin Liverpul klubundan 135 milyon avroluq qonorar qarşılığında İspaniyanın Barselona klubuna transfer olunub.

Usman Dembele – 135 milyon avro

2017-ci ildə hələ 20 yaşı olan fransız futbolçuya Almaniyanın Borussiya Dortmund FK-dan Barselonaya keçməsi üçün 135 milyon avro transfer haqqı ödənilib.

Joao Feliks – 127 milyon avro

2019-cu ildə 19 yaşı olan Portuqaliyalı futbolçu Joao Feliks Portuqaliyanın Benfika klubundan İspaniyanın Atletiko Madrid komandasına 127 milyon avroluq transfer qonorarı qarşılığında keçib.

Antuan Qrizman– 120 milyon avro

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ildə 28 yaşlı fransız futbolçu Atletiko Madrid klubundan digər ispan nəhəngi Barselonaya 120 milyon avro transfer haqqı müqabilində keçib.

Cek Qrealiş – 117,5 milyon avro

Yay transfer dövründə İngiltərənin futbol nəhəngi Mançester Siti Aston Villa klubundan 25 yaşlı ulduz oyunçu Cek Qrealişi 117.5 milyon avroya öz heyətinin tərkibinə daxil edib.

Kriştiano Ronaldo – 117 milyon avro

2009-cu ildə hələ o vaxtlar 24 yaşı olan Kriştiano Ronaldo ingilis klubu Mançester Yunayteddən sözügedən dövr üçün rekord məbləğ sayılan 94 milyon avroya İspaniyanın Real Madrid klubuna transfer olmuşdu. Bundan təqribən 10 il sonra 33 yaşlı futbolçu Real Madriddən 117 milyon avroluq transfer haqqı qarşılığında İtaliyanın Yuventus klubuna keçmişdi. Bu günlərdə isə ulduz oyunçu ona populyarlıq qazandıran Mançester Yunayted klubuna 15 milyon avroya geri qayıdıb.

Romelu Lukaku – 115 milyon avro

İngiltərənin futbol nəhəngi Çelsi İtaliyanın İnter klubundan 28 yaşlı Belçikalı hücumçu Romelu Lukakunu 115 milyon avro müqabilində heyətinə daxil edib.

Eden Hazard – 115 milyon avro

2019-cu ildə 28 yaşında olan Belçikalı futbolçu Çelsi klubundan Real Madridə 115 milyon avroya transfer olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et