Funt sterlinq ucuzlaşmağa başlayıb | Banco.az

Funt sterlinq ucuzlaşmağa başlayıb

Funt sterlinqin məzənnəsi İngiltərə Mərkəzi Bankının (BoE) sədri Mark Karninin açıqlamalarından sonra düşməyə başlayıb. 

"Forexpf.ru" saytına istinadən xəbər verilir ki, Bank rəhbəri ölkədəki bankları "Brexit"in mənfi nəticələrinə hazır olmağa çağırıb. Bu açıqlamadan sonra USD/GBP məzənnəsi 1,2470 səviyyəsindən 1,2395 səviyyəsinə, yəni 0,6% geriləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Karni qeyd edib ki, B.Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması maliyyə sabitliyinə mənfi təsir edəcək. Baş bankir İngiltərə ilə Aİ arasında inamın azalmasının kapital axınına, ticarət həcminin düşməsinə səbəb olacağı barədə xəbərdarlıq edib. Bununla yanaşı, BoE maliyyə təşkilatlarına fövqəladə vəziyyətə hazır olmaları barədə rəsmi məktub göndərib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et