Funt sterlinq kəskin ucuzlaşıb | Banco.az

Funt sterlinq kəskin ucuzlaşıb

İngiltərənin baş naziri Tereza Mey bu gün ölkəsinin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı Lissabon anlaşmasının 50-ci maddəsini tətbiq etmək barədə Brüsselə (Avroparlament) rəsmi təkliflə bağlı məktubu imzalayıb. 

İmzadan sonra funt sterlinq dollarla müqayisədə 1,8% ucuzlaşaraq 1,2620 USD/GBP səviyyəsindən 1,2390 USD/GBP-yə düşüb. Məktubun bu gün İngiltərənin Aİ-də daimi təmsilçisi Ser Tim Barrou tərəfindən Aİ-nin Şurasının sədri Donald Tuska ötürüləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər qrupu funt sterlinqin bir qədər də ucuzlaşacağını və məzənnənin 1,22 USD/GBP səviyyəsinə kimi geriləcəyini proqnozlaşdırır. Azərbaycanın nağd valyuta bazarında isə funt sterlinqin satış qiymətinin 2,10 AZN/GBP-yə qədər azalacağı ehtimal edilir.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et