Funt-sterlinq kəskin bahalaşıb | Banco.az

Funt-sterlinq kəskin bahalaşıb

Böyük Britaniyada Cümə axşamı günü keçirilmiş seçkinin ardından Funt-seterlinqin dollar qarşısında 2,5 ilin ən güclü yüksəlişi baş verib.

Xəbər verdiyimiz kimi Baş nazir Boris Johnsonun lider olduğu Mühafizəkarlar Partiyası seçkidə qalib gəlib və təkbaşına yeni hökuməti quracaq. Seçkinin nəticəsi "Brexit" məsələsinin həlli ümidlərini qüvvətləndirib. İngiltərə 2020-ci ilin Yanvarında Avropa Birliyindən (AB) çıxa bilər.

Funt-seterlinq dollar qarşısında 2018-ci ilin May ayından bəri, Avro qarşısında isə 2016 Brexit səsverməsinin ardından görülən ən yüksək səviyyəyə qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Funt-seterlinq 2.7% yüksəlişlə 1.3514 dollar səviyyəsini görüb və sonra 2.38% artımla 1.3475-dən əməliyyat olunub. 

Funt-seterlinqin 1.36 - 1.37 dollara qalxa biləcəyi nəzərdə tutulur. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et