"Funt-sterlinq 2019-da ən çox bahalaşan G-10 valyutası olacaq" | Banco.az

"Funt-sterlinq 2019-da ən çox bahalaşan G-10 valyutası olacaq"

"Goldman Sachs"a görə, Funt-sterlinq, 2019-cu ildə ən çox dəyər qazanan G-10 pulu olacaq

Qlobal maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group"a görə, Funt-sterlinq, müqaviləsiz Brexit riskinin azalması ilə 2019-cu ildə G-10 valyutalarının hamısı qarşısında dəyər qazana bilər.

Funt-sterlinq, Böyük Britaniyanın Baş naziri Theresa May-ın "Brexit" planının keçən həftə  uğursuzluğa uğramasının ardından, Böyük Britaniyanın Avropa Birliyində (AB) qalması ilə nəticələnəcək ikinci referendum ehtimalının artması ilə ardıcıl beş gün dəyər qazanıb.

Baş nazirin Bazar ertəsi günü parlamentdə yeni təklifini təqdim etməsi gözlənilir.

"Goldman Sachs"ın qlobal Valyuta və inkişaf edən bazarlar departamentinin rəhbəri Zach Pandl, "Bloomberg Television"a verdiyi müsahibəsində, "Keçən həftə baş verənləri daha sonra reallaşacaq daha yumşaq bir "Brexit", ya da heç baş verməyəcək bir "Brexit" əlaməti kimi oxuyarıq. Biz, Funt-sterlinqin bu il ən yaxşı performans göstərən G-10 pulu olacağını düşünürük",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

"Bloomberg"ün iqtisadçı və strateqlər arasında keçirdiyi sorğunun nəticələrinə görə funt-sterlinq 2019-cu ilin sonuna qədər 5%-dən çox dəyər qazanaraq dollar qarşısında 1.36 səviyyəsinə yüksələcək.

Bakı vaxtı ilə saat 11:25-də Funt sterlinq/Dollar (GBP/USD) məzənnəsi 1.2874səviyyəsində olub. 

G10 valyutaları dünyanın ən likvid valyutalarıdır. Bu valyutalar aşağıdakılardır:
 
 ABŞ dolları (USD)
 Avro  (EUR)
 Funt sterlinq (GBP)
 Yaponiya yen (JPY)
 Avstraliya dolları (AUD)
 Yeni Zelandiya dolları (NZD)
 Kanada dolları (CAD)
 İsveçrə frankı (CHF)
 Norveç kronası (NOK)
 İsveç kronu (SEK)

Marja