Funt, avro və neftdə bahalaşma investorların diqqət mərkəzində | Banco.az

Funt, avro və neftdə bahalaşma investorların diqqət mərkəzində

Beynəlxalq maliyyə bazarlarında Breksit ilə bağlı yeni hadisə və xəbərlərlə yanaşı, avro və neftdə bahalaşma da investorların diqqət mərkəzində.


Breksit sazişinin qəbulu bugünkü səsverməyə qoşulub. 

Beynəlxalq valyuta birjalarında Böyük Britaniya parlamentində bu gün keçiriləcək Breksit tarixinin təxirə salınması səsverməsində Avropa Birliyi ilə razılaşdırılan sonuncu Breksit sazişinin qəbul olunması ehtimallarının da artması, GBP/USD məzənnəsinin yenidən 1.33$-a kimi bahalaşmasına səbəb olub.

 

Avroda 1.14$-a kimi bahalaşma proqnozları artıb. 

Ən sərfəli kredit üçün müraciət et

EUR/USD məzənnəsində də bahalaşma müşahidə edilməkdədir və qiymət 1.1342$-ı yuxarı istiqamətdə qırarsa, 1.1419$-a kimi də bahalaşa bilər.

 

Brent neftində bahalaşma davam edir və 73$-a kimi bahalaşa bilər. 

Enerji birjalarında isə neft qiymətlərində bahalaşma davam etməkdədir. Təhlillərə əsasən, Avropanın Brent neftinin qiyməti 67$-ın üzərində qaldıqca, 68 və 73$-a kimi də dəyər qazana bilər.

InvestAz