Fransız avtomobil markasında rəhbər dəyişikliyi edilib | Banco.az

Fransız avtomobil markasında rəhbər dəyişikliyi edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransız avtomobil istehsalçısı “Citroen”in baş icraçı direktoru (CEO) vəzifəsindən ayrılıb.

Banco.az xəbər verir ki, “Stellantis” firmasının nəzdində fəaliyyət göstərən”Citroen”dən verilən rəsmi açıqlamaya görə, Thierry Koskas yeni baş icraçı direktor təyin edilib.

Mart ayında vəzifəsinin icrasına başlayacaq Thierry Koskas həmçinin “Stellantis”in Marketinq və Satış üzrə Meneceri kimi də fəaliyyət göstərəcək.

Xatırladaq ki, 18 ildir “Renault”da fərqli vəzifələri icra edən Koskas 2019-cu ildən bəri “Stellantis”in marketinq və satış əməliyyatlarına cavabdehdir.

Ən sərfəli kredit üçün müraciət et

Kreslosunu Thierry Koskasa həvalə edən Vincent Cobée isə bundan sonra şirkət xaricində şəxsi layihələr üzərində işləməyə qərar verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et