Fransanın tanınmış bankı il sonu üzrə Dollar/TL proqnozunu açıqladı | Banco.az

Fransanın tanınmış bankı il sonu üzrə Dollar/TL proqnozunu açıqladı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL bu ilin ən yüksək səviyyəsini sınaqdan keçirərkən, qlobal banklar da inkişaf etməkdə olan bazar valyutaları ilə bağlı təhlillərində türk lirəsinə xüsusi yer verirlər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bu banklardan biri də biri də fransız "Société Générale" olub. Bank ilin sonunda Dollar/TL məzənnəsinin 22 səviyyəsinə çatacağını söyləyib.

Fransız Société Générale (SocGen) ABŞ-da iqtisadi tənəzzül ehtimalının növbəti bir neçə ay ərzində də bazara təsir göstərməkdə davam edəcəyini proqnozlaşdırdıqlarını bildirərkən, TL daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkə valyutalarına qarşı dollar tövsiyəsi edib.

Feniks Kalenin rəhbərlik etdiyi bank strateqləri tərəfindən hazırlanan brifinqdə "Yaxın dövrdə inkişaf etməkdə olan bazar valyutalarını daha çox problem gözlədiyi" bildirilib. O cümlədən, ABŞ-ın artım gözləntilərinin azalması və Çin iqtisadi göstəricilərinin zəifləməsinin tezliklə inkişaf etməkdə olan ölkələrin artım gözləntilərinə mənfi təsir göstərəcəyi də vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et