Fransanın nəhəng bankı yüzlərlə işçisini ixtisar edəcək | Banco.az

Fransanın nəhəng bankı yüzlərlə işçisini ixtisar edəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Fransanın bank nəhəngi Societe Generale təxminən 900 nəfəri işdən azad edəcək.

Banco.az Reuters-ə istinadən xəbər verir ki, şirkət pula qənaət və xərclərin azaldılması planı çərçivəsində işçilərini ixtisar edəcək.

Bildirilib ki, ixtisar planı bankın ümumi işçi qüvvəsinin 2 faizindən də azına təsir edəcək. 

SocGen-də Fransada təxminən 52 min , dünya üzrə isə 112 min insan çalışır.

SocGen-in baş direktoru Slawomir Krupa sentyabr ayında 2026-cı ilə qədər təxminən 1,7 milyard avro (1,8 milyard dollar) qənaət etməyə çalışdıqlarını açıqlayıb.

Qeyd edək ki, digər bank nəhəngi Deutsche Bank  bu ay 3500 nəfəri işdən çıxaracağını açıqlayıb. Eyni zamanda, Citibank da , iki il ərzində içilərini 20 min azaldacağını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram