Müəllif - Aida İsaq, Banco.az
Fransanın “Bonduelle” şirkəti Rusiyanı tərk etmək niyyətində deyil.
Banco.az xəbər verir ki, şirkət insanların ərzaqla təmin olunmasına xüsusi diqqət ayırdığını bildirib. Şirkətin baş direktoru Guillaume Debros xatırladıb ki, "Bonduelle"nin Rusiyada üç zavodu var.
“Biz fəaliyyətimizi davam etdirmək qərarına gəldik. Çünki əczaçılıq və kənd təsərrüfatı kimi qida sektoru da insanların həyatında böyük rola sahibdir. Biz geosiyasi gərginliklər fonunda ərzaq böhranının da yaranmasını istəmirik. Bu məsuliyyəti dərk edirik. Bütün Orta Asiya ölkələri bizim Rusiyadakı üç fabrikimizdən məhsul alırlar” - deyə G.Debros şirkətinin ölkəni tərk etmək istəməməsini bu cür izah edib.
Bizi sosial şəbəkələrdən izləyin!!