Fransanın ilk kommersiya dəniz külək stansiyası istehsala başlayır | Banco.az

Fransanın ilk kommersiya dəniz külək stansiyası istehsala başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya və Ukrayna müharibəsi səbəbindən enerji təchizatında problemlər yaşayan Avropa öz resurslarını şaxələndirir. Fransada ildə təxminən 400 min evi bərpa oluna bilən elektrik enerjisi ilə təmin edəcək dəniz külək stansiyası istehsala başlayıb.

Banco.az xəbər verir ki, ölkənin ilk kommersiya miqyaslı dəniz külək stansiyasının istehsala başlaması ilə Fransanın elektrik enerjisi istehsal gücü 480 meqavat artacaq.

Fransanın qərb sahilindən təqribən 20 kilometr aralıda yerləşən və 80 külək turbininə malik olan Sen-Nazaire adlı dəniz külək stansiyası təxminən 400 min  evi bərpa olunan elektrik enerjisi ilə təmin edəcək ki, bu da Luar-Atlantik bölgəsinin illik elektrik enerjisi xərclərinin 20 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Fransa 2030-cu ilə qədər ölkədə istehlak olunan enerjinin üçdə birini bərpa olunan mənbələrdən istehsal etməyi hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et