Fransadan "Amazon"a cərimə: 32 milyon avro ödəyəcək | Banco.az

Fransadan "Amazon"a cərimə: 32 milyon avro ödəyəcək

Müəllif:Mehin Qasımova/Banco.az 

Fransada "Amazon" şirkəti işçilərinin həddindən artıq müdaxiləsinə görə 32 milyon avro cərimələnib.

Banco.az xəbər verir ki, bu barədə Fransanın  İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL)məlumat yayıb.

Belə ki,CNIL "Amazon"un iş fasilələrini diqqətlə ölçən bir sistemi tətbiq etməsinin qanunsuz olduğuna qərar verib. Bu da işçilərin  hər bir fasilə və ya fasiləyə haqq qazandırmaq məcburiyyətində qalmasına səbəb olub.

Açıqlamada, komissiyanın sistem tərəfindən toplanan bütün məlumatların və işçilər üçün hazırlanmış statistik məlumatların 31 gün ərzində saxlanmasını "həddindən artıq" gördüyü, "Amazon" işçilərinin və ziyarətçilərin anbarlardakı video nəzarət haqqında kifayət qədər məlumatlandırılmadığı qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram