Müəllif - Aida İsaq, Banco.az
Fransada qısamüddətli daxili reyslərə qadağa qoyulub.
Banco.az xəbər verir ki, məhdudiyyətlər sərnişinin qatarla 2,5 saatdan az müddətdə qət edə biləcəyi məsafələr üzərində uçuşları əhatələyəcək.
Fransa tərəfi müvafiq qərarın səbəbini açıqlayaraq qısa uçuşların ətraf mühitə zərər verdiyini bildirib. Ölkə həmçinin atmosferə atılan tullantıları azaltmaq üçün məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!