Fransada mübahisəli pensiya islahatı qüvvəyə minib | Banco.az

Fransada mübahisəli pensiya islahatı qüvvəyə minib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa hökuməti mübahisəli pensiya islahatını təsdiqləyib.

Banco.az xəbər verir ki, Fransada mübahisə və etirazlara səbəb olan pensiya islahatı qanunu prezident Emmanuel Makron tərəfindən imzalanaraq Rəsmi Qəzetdə dərc edilib.

Pensiya islahatı qanunu Konstitusiya Şurası pensiya yaşını 62-dən 64-ə qaldıran islahatı təsdiqlədikdən sonra Makron tərəfindən imzalanıb.

İslahatın qüvvəyə minməsi ilə ölkədə pensiya yaşı 2030-cu ilə qədər mərhələli şəkildə 64-ə yüksələcək.

Yerli media Makronun bu həftənin əvvəlində açıqlama verəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Şuranın qərarı ölkədə ciddi reaksiyalara səbəb olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et