Fransada işsizlik nisbəti gözlənilmədən aşağı düşüb | Banco.az

Fransada işsizlik nisbəti gözlənilmədən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada işsizlik nisbəti ikinci rübdə 7,3 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Fransada işsizlik ikinci rübdə gözlənilmədən azalıb. Bu, prezident Emmanuel Makronun qeyri-populyar əmək bazarı islahatlarının müəyyən nəticələr verdiyinə işarədir.

Fransa Milli Statistika İnstitutunun (INSEE) məlumatına görə, Avrozonanın ikinci ən böyük iqtisadiyyatında işsizlik nisbəti 7,5 faizdən 7,3 faizə enib. "Bloomberg"in iqtisadçılar arasında keçirdiyi sorğuya görə, işsizlik səviyyəsinin 7,5 faiz olacağı proqnozlaşdırılırmışdı.

INSEE-nin cümə günü hesabatında gənclər arasında işsizliyin ümumi əhalidən iki dəfə çox olduğu, lakin 0,4 faiz bəndi azaldığı qeyd edilib. Başqa bir məlumat isə ölkədə əmək haqqının ikinci rübdə əvvəlki üç aydan 0,6 faiz artdığını göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Makron “tam məşğulluğu” 2027-ci ildə başa çatacaq ikinci vəzifə müddətininin əsas hədəfi və əmək islahatlarındakı uğurunun ölçüsü hesab edir. Lakin bu yay keçiriləcək növbədənkənar seçkilər Fransa prezidentinin gələcək iqtisadi siyasəti müəyyən etmək qabiliyyətini şübhə altına qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et