Fransada iqtisadi vəziyyət gərginləşir - Makron çıxış yolunu Rusiyada görür | Banco.az

Fransada iqtisadi vəziyyət gərginləşir - Makron çıxış yolunu Rusiyada görür

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ildə Fransada  55,5 min müəssisə bağlanıb.

Banco.az xəbər verir ki, bu barədə Fransa Bankı məlumat yayıb. Qeyd olunan göstəricilərə əsasən enerji xərcləri, həmçinin faiz dərəcələrinin artması təsir göstərib. Bu da nəticədə daha yüksək maliyyə xərcləri ehtiyacı yaradıb.

Bildirilib ki, iflasların əsas hissəsi - 43%-i ticarət və tikinti şirkətlərində, əsasən də kiçik müəssisələrdə baş verib. Bununla belə, 2023-cü ildə bir çox iri şirkətlər də fəaliyyətini dayandırıb:

Bu əvvəlki onillikdəki orta göstəricidən 72% çoxdur.

Fransa Bankının hesabatında deyilir ki, COVID-19 pandemiyası zamanı ölkədə dövlət dəstəyi sayəsində iflasların sayı nəzərəçarpacaq dərəcədə azalıb, lakin sonra bu göstərici yenidən artmağa başlayıb.

2000-2009-cu illər arasında Fransada hər il orta hesabla 49 min, 2010-2019-cu illərdə isə təxminən 59 min müəssisə iflas edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, yanvarın 3-də Fransa, ölkə iqtisadiyyatını xilas etmək üçün  Rusiyaya qarşı sanksiyaların götürülməsi barədə açıqlamalar verdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et