Fransada inflyasiya proqnozları doğrultmayıb | Banco.az

Fransada inflyasiya proqnozları doğrultmayıb

Tamara Mustafayeva, Banco.az

Avrozonanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Fransada inflyasiya sürəti sentyabr ayında gözlənilmədən zəifləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa Statistika İdarəsinin məlumatlarına görə, Fransada istehlak qiymətləri indeksi sentyabr ayında illik 6,2 faiz artıb. Avqustda artım 6,6 faiz olmuşdu.

"Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu 6,6 faiz təşkil edirdi. 

Enerji və xidmət sektorlarında geriləmə müşahidə edilsə də, ərzaq xərcləri artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, inflyasiya rəqəmləri Avropa Mərkəzi Bankının tarixi 75 bəndlik faiz artımının davam edib-etməyəcəyini müəyyən edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et