Fransada 1,2 milyon bank hesabına qanunsuz giriş edildi | Banco.az

Fransada 1,2 milyon bank hesabına qanunsuz giriş edildi

Müəllif:Mehin Qasımova,Banco.az

Fransada 1,2 milyon bank hesabına qanunsuz giriş edilib.

Banco.az xəbər verir ki, bu barədə Fransa höküməti məlumat yayıb.

 Bildirilib ki, yanvar ayının sonundan etibarən bəzi şəxslər milli bank hesabları bazasına qanunsuz daxil olaraq təxminən 1,2 milyon hesaba aid məlumatlara çıxış əldə ediblər.

Bəyanatda deyilir ki, Dövlət Maliyyəsi Baş İdarəsi (DGFiP) tərəfindən aparılan araşdırmalar nəticəsində pozuntunun verilənlər bazasına girişi olan dövlət məmurunun şəxsi məlumatlarının oğurlanması nəticəsində baş verdiyi müəyyən edilib. Bu girişlər zamanı hesab sahiblərinin şəxsi məlumatları, ünvanları və vergi nömrələri kimi şəxsi məlumatlara baxıldığı bildirilib.

Səlahiyyətli şəxslər bildiriblər ki, təsirlənmiş hesab sahibləri məlumatlandırılacaq və oxşar pozuntuların qarşısını almaq və təhlükəsizlik infrastrukturunu gücləndirmək üçün lazımi tədbirlər görüləcək.