Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransa və Almaniya Ukraynaya dəstək göstərməyə davam edəcəklərini bildiriblər.
Banco.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Ukraynanı dəstəkləməyə davam edəcəklərini açıqlayıblar.
Parisin Sorbonna Universitetində “Yelisey müqaviləsi” kimi tanınan Fransa-Almaniya dostluq müqaviləsinin 60 illiyi münasibətilə mərasim keçirilib. Mərasimdə Fransa prezidenti Makron, Almaniya kansleri Şolz, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet, Almaniya Bundestaqının sədri Baerbel Bas, Fransa və Almaniya rəsmiləri ilə yanaşı, çoxlu sayda qonaq iştirak edib.
Mərasimdəki çıxışı zamanı prezident Makron Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) namizəd ölkə statusu verilməsi üçün dəstəyi davam etdirəcəklərini ifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!