Fransa su istehlakını azaltmağı planlaşdırır | Banco.az

Fransa su istehlakını azaltmağı planlaşdırır

Müəllif - Aida İsaq, Banco.az

Fransa prezidenti Emmanuel Makron su idarəçiliyinin təkmilləşdirilməsi planını açıqlayıb. 

Banco.az xəbər verir ki, bu plan 2030-cu ilə qədər iqtisadiyyatın bütün sahələrində sudan istifadənin 10 faiz azaldılmasını nəzərdə tutur. Eyni zamanda, gözlənilən quraqlığın böhran nəticələrinin qarşısını almaq üçün nazirliklər və müəssisələr 2023-cü ilin yayına qədər suya qənaət planını təqdim etməlidir.

Qeyd edək ki, Polşa Elmlər Akademiyasının professoru Şimon Malinovski Avropa ölkələrinə yayda gözlənilən anomal quraqlıq barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə dəyişikliklərə səbəb qışın çox isti və az qarlı keçməsi olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et