Müəllif - Aida İsaq, Banco.az
"Silikon Vadisi bankı"nın müflis olması Fransa bank sistemi üçün heç bir riskli vəziyyət vəd etmir.
Banco.az xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bruno Le Maire bildirib. Onun sözlərinə görə, ölkəsi ABŞ-da baş verənləri yaxından izləyərək təhlil edir. Lakin bunun hazırda Fransa üçün hər hansısa təsirinin olacağı ehtimal olunmur.
Qeyd edək ki, bundan əvvəl amerikalı milyarder Bill Ekman “Silikon Vadisi Bankı”nın iflası fonunda iqtisadiyyatın çökə biləcəyini bildirib. Həmin gün ABŞ xəzinədarlığı bankın bütün əmanətçilərinə martın 13-dən etibarən əmanətlərə çıxış əldə etmək vəd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!