Fransa Rusiyadan nefti daha ucuz qiymətə almağın yolunu açıqladı | Banco.az

Fransa Rusiyadan nefti daha ucuz qiymətə almağın yolunu açıqladı

Müəllif - Aida İsaq, Banco.az

Rusiya daşınma sığortası müqabilində Avropa İttifaqına (Aİ) bazar qiymətindən aşağı neft sata bilər.

Banco.az xəbər verir ki, Fransa jurnalistləri tərəfindən təklif olunan bu addım Rusiya yanacağını daha ucuz yolla almaq məqsədi daşıyır.

Onların sözlərinə görə, Rusiya qiymət tavanı tətbiq etməklə neft ixracını davam etdirəcək. “Moskva resursu çıxarmaq və satmaq üçün əsas stimul rolunu oynayacaq. Çünki əks halda onu saxlamaq prosesi çətinləşəcək. Lakin ABŞ və Avropa daha da irəlyə gedə bilər” deyə jurnalistlər qeyd ediblər. Fransalı jurnalistlər xatırladıblar ki, Avropa İttifaqı və Böyük Britaniya 2022-ci ilin sonundan sonra öz şirkətlərinə Rusiya neftinin, xüsusən də dəniz yolu ilə üçüncü ölkələrə çatdırılmasını sığortalamaq və maliyyələşdirməyi qadağan etmək qərarına gəliblər.

Eyni zamanda, Rusiya neftinə güzəştli şərtlər tətbiq edilməsi təklif olunub. Bundan sonra limitdən aşağı qiymətə satılan yanacağın hər hansı partiyasının maliyyələşdirilməsinə və sığortalanmasına qoyulan qadağa aradan qaldırılmalıdır. Bu yolla Aİ məhdudiyyətləri saxlayacaq və Avropa iqtisadiyyatları üçün bumeranq effektinin qarşısını ala biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram