Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq səviyyədə investorlar qlobal iqlim dəyişikliyi ilə mübarizəni maliyyələşdirmək üçün addımlar atmalıdır.
Banco.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə iqlim dəyişikliyi və yoxsulluqla mübarizə üzrə maliyyə paktı üzrə sammitdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda bu sənaye üzrə qlobal proqrama dəstək göstərilməsi arzuolunandır. Məlumata görə, işgüzar danışıqlar müvafiq sənaye sahələri üzrə qlobal kredit strukturunda islahatların aparılmasına yönəlib. Fransa prezidenti bu istiqamətdə Dünya Bankı və özəl investorların aparıcı qüvvələr olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!