Fransa Mərkəzi Bankı artım proqnozlarını aşağı salıb | Banco.az

Fransa Mərkəzi Bankı artım proqnozlarını aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa Bankı ölkə iqtisadiyyatının enerji böhranına görə gələn il kəskin azalacağını gözləyir.

Banco.az xəbər verir ki, Fransa iqtisadiyyatının bu il 2,6 faiz artacağını gözləyən Fransa Bankı (mərkəzi bank) artımın 2023-cü ildə 0,3 faizə enəcəyini proqnozlaşdırıb. 

Xatırladaq ki, mərkəzi bank daha əvvəl 2023-cü ildə 0,5 faiz artım proqnozlaşdırmışdı.

Fransa Mərkəzi Bankı həmçinin vurğulayıb ki, onlar gələn il qaz tədarükündən asılı olaraq tənəzzül ehtimalını istisna etmirlər və artım mənfi 0,3 - 0,8 faiz arasında baş verə bilər.

Enerji böhranı yüngülləşdikdə artımın bərpa olunacağını qeyd edən bank həmçinin artımın 2024-cü ildə 1,2 faiz, 2025-ci ildə isə 1,8 faiz olacağının gözlənildiyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et