Müəllif:Ayşən İmanova/Banco.az
Fransa Livan xalqına yardım üçün 100 milyon avro ayırmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə respublika prezidenti Emmanuel Makron Parisdə Livana dəstək mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“BMT Livana 426 milyon avro ayırmağa çağırıb. Fransa 100 milyon avro ayıracaq”, - deyə Fransa lideri bildirib.
O, həmçinin əlavə edib ki, Fransa Livan ordusunun təchizatına töhfə verəcək. Bundan əlavə, prezidentin sözlərinə görə, Paris Livan Silahlı Qüvvələrinə əlavə 6 min hərbçi cəlb etmək planını alqışlayır.
Xatırladaq ki, bundan əvvəl Almaniya hakimiyyəti Livana yardım üçün 60 milyon avro ayrıldığını açıqlamışdı.