Çərşənbə axşamı günü Fransa, İtaliya və Belçikada maliyyə bazarını tənzimləyən qurumlar koronavirus səbəbindən səhm bazarlarında meydana gələn güclü satışları önləmək məqsədilə bəzi səhmlərdə qısa satış (Short selling) əməliyyatlarını dayandırıb.
Qiymətlərin daha da aşağı düşəcəyini hesab edən treyderlər borc aldıqları səhmləri satırlar. Daha sonra həmin səhmlər daha ucuz alınaraq sahibinə qaytarılır. Ssatış və alış arasındakı fərq treyderin gəliridir. Bu əməliyyata qısa satış deyilir.
Qısa satışları müdafiə edənlər,bu əməliyyatların daha likvid və daha sabir bir bazara gətirib çıxardığını iddia edirlər. Buna qarşı olanlar, qısa satışla məşğul olanların səhmlərin qiymətlərini salmaq üçün şirkətləri və ya rəhbərliklərini açıq bir şəkildə tənqid edərək sabitsizlik yaratmaqla ittiham edirlər.
marja